İrakli Ğaribaşvili - Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı ölkəmizin mövqeyi beynəlxalq birliyin mövqeyinə uyğundur, hökumətimizin mövqeyini milli maraqlar diktə edir
İrakli Ğaribaşvili - Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı ölkəmizin mövqeyi beynəlxalq birliyin mövqeyinə uyğundur, hökumətimizin mövqeyini milli maraqlar diktə edir

 
Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı ölkəmizin mövqeyi beynəlxalq birliyin mövqeyinə uyğundur-Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu barədə hökumət başçısının interpelyasiya qaydası ilə dinlənildiyi parlamentdə bildirib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan 2014-cü ildən Aİ-nin Krım və Sevastopola qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə qoşulur.

“Cari ilin fevralın 28-də Gürcüstan Aİ-nin Donetsk və Luqanska qarşı məhdudlaşdırıcı tədbirlərinə qoşuldu. Bir çox ölkə sanksiyalarla bağlı Gürcüstan kimi mövqe tutur. Göndərdiyim məktubda hökumətimizin gördüyü bütün tədbirləri təfərrüatı ilə izah etmişəm , həmçinin ümumiyyətlə sanksiyalarla bağlı dəfələrlə dediyim kimi bildirmək istərdim ki, hökumətimizin mövqeyini təbii ki, milli maraqlarımız diktə edir. Bizim əsas vəzifəmiz ilk növbədə vətəndaşlarımızın və dövlətimizin maraqlarını qorumaq olmalıdır”-deyə İrakli Ğaribaşvili bildirib.