İrakli Ğaribaşvili - Rusiyanın Donetsk və Luqanskı tanıması beynəlxalq hüququn fundamental prinsiplərinə qarşı növbəti addımdır və təəssüf ki, 2008-ci ildə Gürcüstan ərazilərinin işğalını təkrarlayır
“Rusiyanın Donetsk və Luqanskı tanıması beynəlxalq hüququn fundamental prinsiplərinə qarşı növbəti addımdır və təəssüf ki, 2008-ci ildə Gürcüstan ərazilərinin işğalını təkrarlayır”, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Twitter hesabında yazıb.
“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik”, – Gürcüstanın baş naziri yazıb.
Rusiya Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıyıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.