İrakli Ğaribaşvili - Rusiyada bir milyon gürcü var, məncə, birbaşa uçuşlar adi haldır, bu o demək deyil ki, Rusiya ilə hər hansı siyasi məsləhətləşmələr aparırıq
İrakli Ğaribaşvili - Rusiyada bir milyon gürcü var, məncə, birbaşa uçuşlar adi haldır, bu o demək deyil ki, Rusiya ilə hər hansı siyasi məsləhətləşmələr aparırıq

Rusiya ilə iqtisadi və ticarət əlaqələrinin bir hissəsidir, Rusiya ilə iqtisadi-ticarət əlaqələrimizi dayandıracağımızı deməmişik, bir çox ölkənin Rusiyaya uçuşları var, ıakin biz açıq şəkildə bəyan etdik ki, heç bir sanksiyaya məruz qalan şirkət, heç bir aviaşirkət Gürcüstana uçmayacaq, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bəyan etdi.

Baş nazirin dediyinə görə, Gürcüstan bu mövqeyini qətiyyətlə qoruyacaq.

“Amerika Gürcüstan üçün çox mühüm strateji partnyorudur və Amerikanın bizim üçün və Avropa üçün etdiyi hər şeyə görə çox minnətdarıq. Avropaya qarşı minnətdarıq. Gürcüstanın öz milli maraqlarına sahib olmaq üçün suveren hüquqları var. Açıqladığım kimi, Rusiya ilə iqtisadi və ticarət əlaqələrimiz var, Rusiyada milliyətcə bir milyon gürcü var, hansılar da orada diaspor şəklində yaşayırlar və Rusiya ilə birbaşa uçuş adi haldır. Bu, o demək deyil ki, Rusiya ilə hər hansı siyasi məsləhətləşmələr aparırıq. Qeyd etdiyim kimi, bu bizim iqtisadi və ticarət əlaqələrinin tərkib hissəsidir, necə Avropa İttifaqı və Amerikanın Rusiya ilə etdiyi kimi. Rusiya ilə adi ticarət əalqələridir” – Ğaribaşvili bəyan etdi.