İrakli Ğaribaşvili - Rusiya tərəfindən işğal olunmuş bölgələrin işğaldan azad edilməsi dövlətimizin əsas problemi olaraq qalır, inanıram ki, gələcək abxazların və gürcülərin birliyinə və sülhünə məxsusdur
Düz 30 il əvvəl, 1993-cü ilin sentyabrın 27-də Suxuminin süqutu ilə müasir Gürcüstan tarixində ən dramatik hadisələrdən biri olan Abxaziya müharibəsi başa çatdı – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.
Hökumət başçısının sözlərinə görə, etnik təmizləmə yüz minlərlə insanı öz doğma yurdlarından didərgin salıb.
“Müharibə ölkəmizdə ağır iz buraxdı – etnik təmizləmə yüz minlərlə insanı öz doğma yurd-yuvasından didərgin saldı, bu, ən kədərlisi, bir çox həmvətənlərimizin faciəvi şəkildə həyatı bahasına başa gəldi; Rusiya tərəfindən işğal olunmuş bölgələrin işğaldan azad edilməsi və ölkənin birləşdirilməsi dövlətimizin və cəmiyyətimizin əsas çağırışı olaraq qalmaqda davam edir. Bir daha müharibə qurbanlarının ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Bu gün verilmiş qurbanları xatırlayıraq, biz münaqişənin sülh yolu ilə həllinə sadiqliyimizi bir daha təsdiqləyirik; Hökumətimiz bu yolla qətiyyətlə gedir, çünki biz dərindən inanırıq ki, sülh abxaz və osetin qardaşlar ilə birlikdə vahid, güclü, inkişaf etmiş ölkə qurmalı olduğumuz əsasdır. İnanıram ki, gələcək abxazların və gürcülərin birliyinə, sülhünə və firavanlığına məxsusdur” – deyə baş nazir bildirib.