İrakli Ğaribaşvili - Rusiya ötən il Avropa İttifaqından 300 milyard avro alıb, Avropa İttifaqı və ABŞ Rusiya ilə ticarət əlaqələrini kəsməyiblər, Gürcüstan niyə istisna olmalıdır?
Rusiya ötən il Avropa İttifaqından 300 milyard avro alıb, Avropa İttifaqı və ABŞ Rusiya ilə ticarət əlaqələrini kəsməyiblər, Gürcüstan niyə istisna olmalıdır?- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Bratislavada, Qlobal Təhlükəsizlik Forumu (GLOBSEC) çərçivəsində tematik müzakirədə iştirak edərkən danışıb.
Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan beynəlxalq maliyyə sanksiyalarına tam əməl edir, bunu həm ABŞ Dövlət Departamenti, həm də Aİ-nin təsisatları etiraf edib, lakin ticarət-iqtisadi əlaqələr başqa məsələdir.
“Gürcüstanın iqtisadiyyatı çox kiçikdir və Gürcüstanın Rusiya ilə ticarəti 1 milyarddan azdır. Ötən il Avropa İttifaqı Rusiyaya gündəlik 1 milyard avro ödəyirdi. Yəni Rusiya ötən il Avropa İttifaqından 300 milyard avro alıb və Gürcüstanla ticarət dövriyyəsi ildə cəmi 1 milyard təşkil edir. Yəni, iqtisadi sanksiyalar olacağı təqdirdə bizim təsirimiz 0,3% olacaqdı, iqtisadiyyatımıza təsir isə olduqca böyük olacaqdı. Bu səbəbdən mənim fikrim belədir: biz bu söhbəti apararkən beynəlxalq maliyyə sanksiyalarına tam əməl edirik, bunu edirik, ABŞ Dövlət Departamenti, Aİ-nin təsisatları, hamı Gürcüstanın beynəlxalq maliyyə sanksiyalarına tam əməl etdiyini etiraf etdi, lakin ticarət və iqtisadi əlaqələrə gəlincə, bu başqa məsələdir. Avropa İttifaqı Rusiya ilə ticarətlə məşğuldur, ticarət əlaqələrini dayandırmayıb, ABŞ da həmçinin, Gürcüstan niyə istisna olmalıdır? Əlbətdə, cənablar. Bu səbəblərdən biridir. İkinci səbəb odur ki, 2008-ci ilin müharibəsini Qərbdə heç kimin ciddiyə almamasından çox məyus olmuşduq. Səbəb budur”- deyə İrakli Ğaribaşvili açıqlayıb.