İrakli Ğaribaşvili Rumıniyanın milli müdafiə naziri Vasile Dinku ilə görüşüb
İrakli Ğaribaşvili Rumıniyanın milli müdafiə naziri Vasile Dinku ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Rumıniyanın milli müdafiə naziri Vasile Dinku ilə görüşüb.

Baş nazirin mətbuat xidməti tərəfindən verilən məlumatda görüşdə Gürcüstan-Rumıniya əməkdaşlığı, NATO və Avropa İttifaqı ilə əlaqələrin müzakirə edildiyi deyilir.

İdarə tərəfindən verilən məlumatda müdafiə sahəsində gələcək əlaqələrə xüsusi diqqət yetirildiyi qeyd olunub. Qeyd olunub ki, strateji tərəfdaşlığın yaradılmasına dair bu yaxınlarda imzalanmış bəyannamə iki ölkə arasında bütün istiqamətlərdə sıx əlaqələrə yeni təkan verəcək.

Hökumət başçısı Rumıniyaya Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də ölkənin Avropa və Avro-Atlantik istəklərinə qəti dəstəyinə görə təşəkkür edib.

Rumıniyanın Aİ-nin monitorinq missiyasına əhəmiyyətli töhfəsi vurğulanıb. Gürcüstana Avropa perspektivinin verilməsi ilə bağlı tarixi qərara da diqqət ayrılıb, ölkə hakimiyyətinin Avropa İttifaqına daxil olmaq yolunda irəliləyişə tez bir zamanda nail olmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğu bildirilib.

Gürcüstanın NATO-ya inteqrasiyasına da toxunulub və Rumıniyanın mühüm NATO-Gürcüstan paketinin həyata keçirilməsinə vacib töhfəsi vurğulanıb. Tərəflər Qara dənizin təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Hökumət Administrasiyasında keçirilən görüşdə müdafiə naziri Cuanşer Burchuladze, Rumıniya Milli Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Vasile İonesku və Rumıniyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Rezvan Rotundu iştirak ediblər.

Məlumatı baş nazirin mətbuat xidməti yayır.