İrakli Ğaribaşvili Rothschild & Co şirkətinin idarəedici direktoru Ariel Mallard de Rotşild ilə görüşüb
İrakli Ğaribaşvili Rothschild & Co şirkətinin idarəedici direktoru Ariel Mallard de Rotşild ilə görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Rothschild & Co şirkətinin idarəedici direktoru Ariel Mallard de Rotşild ilə görüşüb. Görüşdə üzərində iş aparılan və məqsədi ölkəni texnologiya, təhsil və maliyyə xidmətləri sahələrində çoxfunksiyalı mərkəzə çevirmək olan Gürcüstanın regional haba çevrilməsinə dair sənəd müzakirə edilib.

Baş nazirin mətbuat xidməti tərəfindən yayılmış məlumatda bildirilir ki, ölkənin investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, müasir maliyyə və texnoloji yeniliklərin paylaşılmasına kömək edəcək regional maliyyə mərkəzi olaraq formalaşması məsələsinə diqqət yetirilib.

Görüşdə Gürcüstanda mövcud əlverişli investisiya mühiti və ölkənin iqtisadi siyasətinin ən mühüm istiqamətlərindən biri olan kapital bazarının inkişafı bir daha vurğulanıb. Hökumət Administrasiyasında keçirilən görüşdə Rothschild & Co. şirkətinin müşaviri Pier Adelini, Conduct şirkətinin həmtəsisçiləri Stefan Liniqer və Tila Kavenq iştirak ediblər. Gürcüstan tərəfdən görüşdə Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak edib.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.