İrakli Ğaribaşvili - Respublika xəstəxanasının bir əməkdaşı belə işsiz qalmayacaq, narahatlığa əsasımız yoxdur, söhbət xəstəxananı elə həmin yerdə inşa etməkdən gedir
Respublika xəstəxanasının bir əməkdaşı belə işsiz qalmayacaq- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Sağlamlığın Müdafiəsi Ümumi Dövlət Proqramının on illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı bildirib.
O, məqsədyönlü şəkildə məlumatlar yayıldığını bildirib.
“Son günlər ərzində məqsədyönlü şəkildə çoxlu yanlış məlumatlar yayılır. Qəsdən yalan, təbliğat aparılırdı, bu da yalandır. Heç bir işçi işsiz və maaşsız qalmayacaq. Respublika xəstəxanasını necə inkişaf etdirəcəyimizə dair olduqca yaxşı baxışımız var. Söhbət eyni yerdə yeni xəstəxana inşa edilməsi ilə bağlıdır və təbii ki, bütün işçiləri saxlayacağıq. Narahatlığa əsasımız yoxdur” – deyə baş nazir açıqlayıb.