İrakli Ğaribaşvili rəsmi səfərlə Azərbaycana gedir
İrakli Ğaribaşvili rəsmi səfərlə Azərbaycana gedir

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili rəsmi səfərlə Azərbaycana gedir.

Baş nazirin administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Ğaribaşvilinin ilk görüşü Azərbaycan prezidenti ilə olacaq.

“İlham Əliyev İrakli Ğaribaşviliyi “Zaqulba” sarayında qarşılayacaq.Həmçinin, İrakli Ğaribaşvilinin Azərbaycanlı həmkarı Əli Əsədovla da görüşü planlaşdırılıb.

Daha sonra, baş nazir Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək.

Rəsmi heyyətdə baş nazirlə bərabər, Xarici İşlər Naziri Davit Zalkaliani də olacaq”, – deyilir məlumatda.