Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan ilə telefonla söhbət etdi.
Baş nazir Türkiyə Respublikasının prezidentini seçkilərin uğurla keçirilməsi, birinci turda əldə edilən uğur, Parlament seçkilərində hakim partiyanın qazandığı səslərin çoxluğun əldə etməsini təbrik etdi.
Baş nazir Türkiyə və Gürcüstanın iştirak etdiyi birgə beynəlxalq layihələri dəstəkləməklə, Türkiyə-Gürcüstan strateji partnyorluğun möhkəmləndirilməsində, eləcə də bölgənin davamlı və sabit inkişafında prezident Ərdoğanın şəxsi rolunu xüsusilə qeyd etdi.
Gürcüstanın baş naziri prezident Ərdoğana prezident seçkilərinin ikinci turunun uğurlu keçməsini arzuladı.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.