İrakli Ğaribaşvili - regionda mürəkkəb proseslər , Ukraynada genişmiqyaslı müharibə gedir, hesab edirəm ki, belə bir vaxtda prezident, Ali Baş Komandan ölkədə olmalı idi
İrakli Ğaribaşvili - regionda mürəkkəb proseslər , Ukraynada genişmiqyaslı müharibə gedir, hesab edirəm ki, belə bir vaxtda prezident, Ali Baş Komandan ölkədə olmalı idi

 

Regionda mürəkkəb proseslər , Ukraynada genişmiqyaslı müharibə gedir, mən və hökumətin hər bir üzvü hesab edirik ki, Gürcüstan prezidenti, Ali Baş Komandan həmin vaxt ölkədə olmalı idi və olmalıdır – deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistlərə bildirib.

Onun səfərinə yox cavabı verməyimiz üçün bu bizim əsas arqumentimiz və motivasiyamız idi. Buradaca onu da əlavə etmək istərdim ki, Gürcüstan Konstitusiyasına əsasən, xarici siyasəti Gürcüstan parlamenti müəyyən edir və Gürcüstan hökuməti həyata keçirir.

Müvafiq olaraq, prezidentin istənilən görüşü və ya səfəri konstitusiyaya uyğun olaraq Gürcüstan hökuməti ilə razılaşdırılmalıdır. Düşünürəm ki, burada hər şey aydındır”- deyə İrakli Ğaribaşvili bildirib.