İrakli Ğaribaşvili Raça-Leçxumi-Kvemo Svaneti bölgəsinin partiya fəalları ilə görüşəcək

10:45, 13.04.2024

“Gürcü arzusu”nun sədri İrakli Ğaribaşvili bu gün Raça-Leçxumi-Kvemo Svaneti bölgəsinin partiya fəalları ilə görüşəcək.

“Gürcü arzusu”nun mətbuat xidmətindən verilən məlumata əsasən, görüş saat 13:00-da Ambrolauridə keçiriləcək.

İrakli Ğaribaşvili, partiyanın icraçı katibi Mamuka Mdinaradze, regional katib Dimitri Samxaradze və parlament çoxluğunun üzvləri Raça-Leçxumi-Kvemo Svaneti bölgəsinin yerli təşkilat rəhbərləri və partiya fəalları ilə görüşəcəklər.

İclasda Raça-Leçxumi-Kvemo Svaneti bölgəsi üzrə dövlət nümayəndəsi Parmen Marqvelidze iştirak edəcək.

“Gürcü Arzusu” sədrinin və partiya liderlərinin bölgələrdə görüşləri martın 2-də başlayıb. Acara, Sameqrelo-Zemo Svaneti, Quria və İmereti bölgələrində görüşlər keçirilib.

İrakli Ğaribaşvili 100 gün ərzində 10 bölgədə partiya fəalları ilə görüşəcək.

Oxşar