İrakli Ğaribaşvili - Quriyada evi dağılanlar, evləri yararsız hala düşənlər, hamı köçürüləcək, ailələrə yeni evlər veriləcək, biz onlara alacağıq, tikəcəyik və ya pul verəcəyik
Quriyada evi dağılanlar, evləri yararsız hala düşənlər, hamı köçürüləcək. Ailələrə yeni ev veriləcək, biz onlara alacağıq, tikəcəyik və ya pul verəcəyik -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili açıqlama verib.
O bildirib ki, zərərçəkmiş vətəndaşların bununla bağlı narahatçılığı yoxdur.
“Quriyada bir çox həmvətənlərimizin evlərinə ziyan dəyib, çoxları dağılıb, evlərdə dayanmaq imkansızdır, orada yaşamaq mümkün deyil. İqtisadi Şurada bu məsələ ilə bağlı müzakirə apardıq və belə bir qərar verdik ki, evi dağılmış, evi yararsız hala düşəcək şəxslər köçürüləcək və bu ailələrə yeni ev veriləcək, ya da biz alacağıq, tikəcəyik və ya pul verəcəyik və evləri özləri alacaqlar. Quriyalılara bunu demək istədim. Onların narahat olacağı heç nə yoxdur, biz onlara hər şeydə kömək edəcəyik və problemlərini həll edəcəyik” – deyə İrakli Ğaribaşvili danışıb.
Baş nazir eyni zamanda, Quriyada təbii fəlakət nəticəsində həlak olanlarla bağlı bir daha məyusluğunu ifadə edib və onların ailələrinə başsağlığı verib.