İrakli Ğaribaşvili - Qudauridə helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin, xilasedicilərin və həkimlərin həlak olmasından kədərləndiyimi ifadə edirəm
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Qudauridə helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin, xilasedicilərin və həkimlərin həlak olmasından kədərləndiyini ifadə edir.
Hökumət başçısı həlak olnaların ailə üzvlərinə və yaxınlarına, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə və ictimaiyyətə başsağlığı verir və həmrəyliyini ifadə edir. Baş nazirin bəyanatında bildirilir ki, faciə ilə əlaqədar 30 iyul ölkədə matəm günü elan edilir.
“Bu çətin dəqiqələrdə, həlak olanların ailə üzvlərinə və yaxınlarına, Daxili İşlər Nazirliyinin rəhbərliyinə, bütün cəmiyyətimizə dərin hüznlə başsağlığı verir və həmrəyliyini ifadə edirəm.
Baş verənlərə görə, 30 iyul ölkədə matəm günü olaraq bəyan ediləcək”, – İrakli Ğaribaşvili bəyan edir.