İrakli Ğaribaşvili - Qranadada avropalı liderlərlə məhsuldar görüşlərim oldu, 12 prioritetlə bağlı irəliləyiş xüsusilə vurğulandı, Gürcüstan statusa layiqdir
İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak etmək şərəfinə nail oldum. Avropalı liderlərlə məhsuldar görüşlərim oldu – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazır.
Hökumət başçısının qeyd etdiyi kimi, görüşlərdə Gürcüstanın 12 prioritetlə bağlı əldə etdiyi mühüm irəliləyiş xüsusilə vurğulanıb.
“İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak etmək şərəfinə nail oldum. Avropalı liderlərlə məhsuldar görüşlərim oldu. Belə yüksək səviyyəli dialoq Gürcüstan üçün zəruridir. Görüşlərdə 12 prioritetlə bağlı əldə etdiyimiz mühüm irəliləyiş xüsusilə vurğulandı, çünki ilin sonu üçün Gürcüstan həqiqətən də Avropa İttifaqına namizəd ölkə statusuna layiqdir” – deyə baş nazir qeyd edir.