İrakli Ğaribaşvili - Qonioda yeni şəhər tikilməsini istəyirik, maliyyə mərkəzi də ola bilər
İrakli Ğaribaşvili - Qonioda yeni şəhər tikilməsini istəyirik, maliyyə mərkəzi də ola bilər

 

İnvestorlara böyük developer layihələri təklif etməyi planlaşdırırıq, biz bu layihəni hazırlayırıq, Qonioda bir neçə investor müəyyən edilib və bu, davam edəcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

Hökumət başçısı bildirib ki, iqtidarın arzusu Qonioda yeni yaşayış məntəqəsi (qəsəbə) tikməkdir, bu maliyyə mərkəzi də ola bilər.

“Qonioda yeni şəhər tikilməsini istəyirik, maliyyə mərkəzi də ola bilər. Qonioda qolf meydançaları, villalar və çox əhəmiyyətli yeni qəsəbə salınsın. Tbilisidə, Tbilisi meriyası ilə birlikdə 2-3 yeni layihə üzərində işləyirik, onlar haqqında bir neçə həftəyə ictimaiyyətə məlumat verəcəyik”- deyə Baş nazir açıqlayıb.