İrakli Ğaribaşvili Qlobal Təhlükəsizlik Forumunda iştirak etmək üçün Bratislavaya yola düşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Qlobal Təhlükəsizlik Forumunda iştirak etmək üçün Bratislavaya yola düşüb. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayır.
Verilmiş məlumatda forumun mayın 29-31-də keçiriləcəyi deyilir.
Hökumət başçısı forum çərçivəsində tematik müzakirələrdən birində iştirak edəcək.
İrakli Ğaribaşvili Slovakiyaya nümayəndə heyəti ilə birlikdə gedib.