Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Tbilisi Dövlət Universitetinin keçmiş rektoru Qiorqi Şarvaşidze ilə görüşüb.
Baş nazirin mətbuat xidməti tərəfindən verilən məlumatda hökumət başçısının Qiorqi Şarvaşidzeyə gördüyü işlərə görə təşəkkür etdiyi və ona gələcək fəaliyyətində uğurlar arzuladığı deyilir.
Görüş Hökumət Administrasiyasında keçirilib.