Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə yüksək səviyyəli illik iqtisadi forumda iştirak etmək üçün Qətərə yola düşüb.
Gürcüstanın Hökumət Administrasiyasının məlumatında forumun Qətər əmirinin himayəsi altında və Bloomberg agentliyinin təşkilatçılığı ilə keçirildiyi deyilir.
“İrakli Ğaribaşvili iqtisadi forum çərçivəsində keçirilən müvafiq panel müzakirəsində çıxış edəcək. Səfər çərçivəsində ikitərəfli yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır. Hökumət başçısının rəhbərlik etdiyi nümayəndə heyətinə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir” -deyə məlumatda deyilir.