İrakli Ğaribaşvili Qətərin Baş naziri ilə görüşüb
İrakli Ğaribaşvili Qətərin Baş naziri ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Dohada ikitərəfli görüşlər keçirir.

Baş nazirin mətbuat xidmətinin məlumatında hökumət başçısının Qətərin Baş naziri Şeyx Mohamed bin Abdulrahman bin Casim Al-Tani ilə görüşdüyü deyilir.

Verilmiş məlumatda tərəflərin iki ölkə arasında mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək planları müzakirə etdikləri deyilir. İqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsinin və ölkələr arasında mövcud əməkdaşlığın böyük potensialından tam istifadənin vacibliyi vurğulanıb.

Ölkələr arasında mövcud siyasi dialoqun yüksək səviyyəsi və iki ölkənin nazirlikləri arasında əməkdaşlığın müsbət dinamikası qeyd edilib.