İrakli Ğaribaşvili Qətər İnvestisiya Cəmiyyətinin icraçı direktoru ilə görüşdü
İrakli Ğaribaşvili Qətər İnvestisiya Cəmiyyətinin icraçı direktoru ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Qətər İnvestisiya Cəmiyyətinin icraçı direktoru, Mənsur Bin İbrahim Əl-Mahmudla görüşünə “tvitter” sosial şəbəkəsində əks səda verir.

Hökumət başçısının dediyinə görə, Gürcüstanın sabit bazar iqtisadiyyatı və infrastrukturu partnyorlarla yeni münasibətlər qurmaq üçün geniş imkanlar yaradır.

“Qətər İnvestisiya Cəmiyyətinin icraçı direktoru, Mənsur Bin İbrahim Əl-Mahmudla məhsuldar görüşüm var idi. Biz Gürcüstanın biznes partnyorluq potensialını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdik. Gürcüstanın sabit bazar iqtisadiyyatı və infrastrukturu partnyorlarla yeni münasibətlər qurmaq üçün geniş imkanlar yaradır”, – baş nazir qeyd edir.