İrakli Ğaribaşvili Qəbələnin qida emalı müəssisəsini gözdən keçirdi
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Azərbaycan Respublikasının prezidenti, İlham Əliyevlə birlikdə Qəbələdəki qida emalı müəssisəində oldu.
Hökumət başçısı müəssisəni gözdən keçirdi və istehsal prosesi ilə tanış oldu.
Qəbələ qida emalı müəssisəsi 13 hektar ərazidə yerləşir və Cənubi Qafqazda ən qabaqcıl konserv zavodudur. Bu zavodda 100-ə yaxın məhsul istehsal olunur, ildə 70 min tona yaxın meyvə emal olunur, ildə 210 min ton şirə və nektar istehsal olunur. Fabrikin istehsal etdiyi məhsullar yalnız daxili bazarda deyil, müxtəlif ölkələrə də ixrac olunur, o cümlədən ABŞ, Yunanıstan, Almaniya, Estoniya, Latviya və gürcüstana.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.