İrakli Ğaribaşvili Qazaxıstanın Baş nazirinə müraciət edib - Orta Dəhlizin inkişafı üçün yaxşı planımız var, inanıram ki, gələcək əməkdaşlığımız indiyədək və indi olduğu kimi məhsuldar olacaq
İrakli Ğaribaşvili Qazaxıstanın Baş nazirinə müraciət edib - Orta Dəhlizin inkişafı üçün yaxşı planımız var, inanıram ki, gələcək əməkdaşlığımız indiyədək və indi olduğu kimi məhsuldar olacaq

 
Tbilisiyə səfəriniz zamanı biz ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin geniş spektrini, eləcə də iddialı planlarımızı və hər iki ölkə, həm Qazaxıstan, həm də Gürcüstan üçün maraqlı ola biləcək potensial layihələri müzakirə etdik-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailovla görüşündə danışıb.

İrakli Ğaribaşvili diqqəti Orta Dəhlizin inkişafına yönəldib.

“Əziz dostlar, sizi yenidən görməyə şadam. Siz iyun ayında Tbilisidə idiniz və bir neçə həftə sonra söz verdiyiniz kimi, sizin qonağınızam. Sizin gözəl ölkənizdə, Almatıda olmağımdan şadam. Bir daha səmimi qəbula və qonaqpərvərliyə görə minnətdaram.

Cənab Baş nazir, Tbilisiyə səfəriniz zamanı biz ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin geniş spektrini, eləcə də iddialı planlarımızı və hər iki ölkə, həm Qazaxıstan, həm də Gürcüstan üçün maraqlı ola biləcək potensial layihələri müzakirə etdik.

Əlbəttə, Orta Dəhlizin inkişafına böyük diqqət yetiririk və onun inkişafı üçün yaxşı planımız var. Keçən il biz müvafiq bələdçini də (yol xəritəsi) imzaladıq, fikrimcə, bu, bizim üçün və bu dəhlizin inkişafı üçün olduqca vacibdir.

Bu yaxınlarda mən Çində səfərdə idim, orada Çin hökuməti ilə də birgə layihəmizlə bağlı yaxşı müzakirələr apardım və planımızdan, Orta Dəhliz üçün yol xəritəsindən bəhs etdim. Beləliklə inanıram ki, gələcək əməkdaşlığımız indiyədək və indi olduğu kimi məhsuldar olacaq.

Bir daha mənimlə və nümayəndə heyətimlə görüşdüyünüz üçün minnətdaram. Ölkənizdə olmaqdan şadıq” – deyə baş nazir açıqlayıb.