İrakli Ğaribaşvili Qazaxıstan Respublikasının Baş nazirini rəsmi naharda qəbul edib
İrakli Ğaribaşvili Qazaxıstan Respublikasının Baş nazirini rəsmi naharda qəbul edib

Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov Gürcüstana rəsmi səfərlə gəlib.

Baş nazir İrakli Ğaribaşvili Əlixan Smailovu və Qazaxıstan Respublikasının nümayəndə heyətini rəsmi naharda qəbul edib. Mtatsmindada Qazaxıstan Respublikasının Baş nazirinin şərəfinə rəsmi nahar verilib.

Səfər çərçivəsində Gürcüstan və Qazaxıstan Respublikasının baş nazirlərinin təkbətək və geniş tərkibdə görüşü planlaşdırılır, bundan sonra mətbuata birgə bəyanat veriləcək.

Baş nazirin mətbuat xidməti məlumat yayıb.