İrakli Ğaribaşvili - Qara dəniz elektrik kabeli layihəsi tarixi olacaq və ölkəmizin suverenliyini, enerji təhlükəsizliyini və müstəqilliyini gücləndirəcək
İrakli Ğaribaşvili - Qara dəniz elektrik kabeli layihəsi tarixi olacaq və ölkəmizin suverenliyini, enerji təhlükəsizliyini və müstəqilliyini gücləndirəcək

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bu gün səfirlərin konfransında çıxışı zamanı Qara dəniz elektrik kabeli layihəsi haqqında da danışıb. Baş nazirin qeyd etdiyi kimi, bu layihənin təşəbbüskarı gürcü tərəfidir.

İrakli Ğaribaşvili Qara dəniz elektrik kabeli layihəsinin Gürcüstanın enerji təhlükəsizliyini və müstəqilliyini gücləndirəcək tarixi layihə olacağını açıqlayıb.

“Bir neçə həftə əvvəl Rumıniyanın paytaxtı Buxarestdə idim. Qara dəniz elektrik kabeli layihəsi bizim, Gürcüstanın təşəbbüsüdür. Keçən il Brüsseldə səfərdə olarkən bu layihə ilə bağlı söhbətim oldu. Məhz bundan sonra avropalı tərəfdaşlarımız, qonşumuz, dost dövlət olan Azərbaycanla, təbii ki, həm də strateji tərəfdaşımız, dost dövlət olan Rumıniya ilə aktiv danışıqlar başladı və biz artıq yeni mərhələyə qədəm qoymuşuq.

Təbii ki, biz Rumıniya ilə birlikdə bu layihənin həyata keçirilməsi üzərində daha aktiv işləməyə başladıq. Rumıniya bizim strateji tərəfdaşımız, dost dövlətdir. Bildiyiniz kimi, Azərbaycan layihəyə qoşuldu və Avropa İttifaqı tam dəstəyini bildirdi. Macarıstan da layihəyə qoşulub. İnanırıq ki, bu, birgə həyata keçirəcəyimiz strateji əhəmiyyətli, tarixi layihələrdən biri olacaq və ölkəmizin suverenliyini, enerji təhlükəsizliyini, müstəqilliyini daha da gücləndirəcək. Bütün bunlar ölkəmizə və xalqımıza təsir edəcək”- deyə Baş nazir açıqlayıb.