İrakli Ğaribaşvili – Psixotrop dərmanların satışı sərtləşdirilməlidir, icra prosesinə şəxsən mən nəzarət edəcəm
Narkomaniya ilə bağlı qanunvericilik kifayət qədər liberallaşıb və gənclərimiz idmanla məşğul olmaq, oxumaq, işləmək əvəzinə zərərli maddələrin istehlakı ilə məşğul olurlar, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.
Baş nazirin qeyd etdiyi kimi, psixotrop dərmanların satışı sərtləşdirilməlidir və o, məsələyə şəxsən nəzarət edəcək.
“Onlayn kazinolar narkomaniya və gənclərimizin bu çox dağıdıcı hərəkata cəlb olunması ilə əlaqələndirilir. Narkotiklərlə bağlı qanunvericilik kifayət qədər liberallaşıb və gənclərimiz idmanla məşğul olmaq, öyrənmək, işləmək əvəzinə zərərli maddələrin istehlakı ilə məşğul olurlar. Ona görə də psixotrop vasitələrin, o cümlədən psixotrop dərmanların satışı sərtləşdirilməlidir. Biz bu barədə hökumətin iclasında danışacağıq və icra prosesinə şəxsən mən nəzarət edəcəyəm”, – İrakli Ğaribaşvili bildirib.
Bundan əlavə, Gürcüstanın baş naziri hökumətin iclasında onlayn kazinolardan danışıb.
“Birinci mərhələdə biz vergiləri artırmaq, reklamı qadağan etmək və yaş həddini 25-ə qaldırmaq barədə düşünürük, ikinci mərhələdə isə bu, bütünlüklə qadağan edilməlidir”, – Ğaribaşvili bildirib.