İrakli Ğaribaşvili - prosesə şəxən koordinasiya edəcəm ki, Avropa İttifaqının anketi vaxtında və effektli doldurulsun və Avropa Komissiyasına verilsin, bu mayda baş verəcək
Prosesə şəxən koordinasiya edəcəm ki, Avropa İttifaqının anketi vaxtında və effektli doldurulsun və Avropa Komissiyasına verilsin, bu mayda baş verəcək, – bu barədə jurnalistlərə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bəyan etdi.
Onun dediyinə görə, anketin doldurulması prosesinə hökumət, parlament və bütün dövlət qurumları qoşulub.
“Dünən müvafiq komissiya iclasımız var idi. Avropaya inteqrasiya məsələləri ilə bağlı komissiyaya rəhbərlik edirəm. Dünən biz bu anketlə bağlı bütün məsələləri müzakirə etdik. Bazar ertəsi, aprelin 11-də aldığımız bu anket Xarici İşlər nazirinə təhvil verildi. Bütün idarələr bu anketi ən qısa zamanda doldurmaq və Avropalı həmkarlarımıza və dostlarımıza vaxtında çatdırmaq üçün səfərbər olunub.
Gözləntilər müsbətdir, burada problemli məsələ yoxdur. Ölkəmizin təşkili, inkişafı, ümumiyyətlə, əldə etdiyimiz islahatlar, tərəqqi ilə bağlı, qarşıya qoyduğumuz məsələlər barəsində suallar var. Bu prosesdə bütün hökumət, Parlament, dövlətin bütün qolları iştirak edir. Mən şəxsən bu anketi vaxtında və səmərəli şəkildə doldurmaq və Avropa Komissiyasına təqdim etmək üçün koordinasiya edirəm. Bu, may ayında baş verəcək”, – İrakli Ğaribaşvili bəyan etdi.