İrakli Qaribaşvili - praqmatik xarici siyasətimizin nəticəsidir ki, biz iki il ardıcıl olaraq ikirəqəmli iqtisadi artım əldə etmişik, bu müsbət artım tendensiyası 2023-cü ildə də davam etmiş və orta iqtisadi artım tempi 7 faizə çatmışdır
Praqmatik xarici siyasətimizin nəticəsidir ki, biz son on ildə iqtisadi artımı qoruyub saxlamışıq. Biz bütün gürcülərin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün kritik əhəmiyyətli investisiyalar qoymağa davam edirik, – Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Birləşmiş Millətlər Təşkilatının 78-ci sessiyasının Ümumi Debatlarında çıxışı zamanı bildirib.
Hökumət başçısının qeyd etdiyinə əsasən, hökumət bütün gürcülərin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün kritik əhəmiyyətli investisiyalar qoymağa davam edir.
“Praqmatik xarici siyasətimizin nəticəsi olaraq biz son on ildə iqtisadi artımı qoruyub saxlamışıq. Biz bütün gürcülərin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün mühüm sərmayələr qoymağa davam edirik. Biz iki il dalbadal ikirəqəmli iqtisadi artım əldə etmişik və 2021 və 2022-ci illərdə daxili məhsulun artım templəri 10 faizi ötmüşdür. Bu müsbət artım tendensiyası 2023-cü ildə də davam edib və orta iqtisadi artım tempi 7 faizə çatıb”, – deyə baş nazir bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev