İrakli Ğaribaşvili Portuqaliya Respublikasının milli müdafiə naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Portuqaliya Respublikasının milli müdafiə naziri Helena Kareiras ilə görüşüb. Məlumatı Baş nazirin mətbuat xidməti yayır.
Verilmiş məlumatda Hökumət Administrasiyasında keçirilən görüşdə iki ölkə arasında mövcud tərəfdaşlığın dinamikasının və mövcud əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin müzakirə olunduğu deyilir.
“Portuqaliyanın Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasına dəstəyinin vacibliyi vurğulanıb. Baş nazirin qeyd etdiyi kimi, Gürcüstana Avropa perspektivi verilməklə, ölkənin gələcəyinin Avropa İttifaqında olduğu bir daha təsdiqləndi.
Hökumət başçısı Portuqaliya Respublikasının milli müdafiə nazirinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür edib.
Regionda və dünyada mövcud təhlükəsizlik mühiti və çağırışlara toxunulub.
Görüşdə Portuqaliya Respublikasının Milli Müdafiə Siyasəti üzrə direktor müavini, briqada generalı Ana Baltazar və Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze iştirak ediblər” – deyə baş nazirin mətbuat xidmətinin məlumatında qeyd olunub.