İrakli Ğaribaşvili Polşanın baş naziri Mateuş Moravieçki ilə telefon danışığı aparıb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Polşanın baş naziri Mateuş Moravieçki ilə telefon danışığı aparıb.
Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Şərqi Avropada mövcud təhlükəsizlik mühiti və Ukraynada davam edən hərbi əməliyyatlar müzakirə olunub.
“İrakli Ğaribaşvili Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və ölkənin Avropa səylərini dəstəklədiyinə görə Mateuş Moravieçkiyə təşəkkür edib.
Hökumət başçısı Gürcüstanın Avropa İttifaqına üzvlük üçün müraciət daxil etdiyini və bu prosesdə müttəfiqlərin dəstəyinin həlledici əhəmiyyət daşıdığını bildirib.
İrakli Ğaribaşvili qeyd edib ki, Gürcüstan bu yolda dost Polşanın dəstəyinə böyük ümidlər bəsləyir” -deyə hökumət administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.