İrakli Ğaribaşvili - polislər "Polis şəhəri"ndə yerləşən mənzillərə simvolik qiymət ödəyəcəklər, hər kvadrat metrə təxminən 300 lari, qalanını isə dövlət, Daxili İşlər Nazirliyi ödəyəcək
Polislər “Polis şəhəri”ndə yerləşən mənzillərin hər kvadratmetrinə 300 lari rəmzi qiymət ödəyəcəklər, qalan xərclər tamamilə dövlət, Daxili İşlər Nazirliyi tərəfindən ödəniləcək, – bildirib Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili.
İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, bu layihə birdəfəlik olmayacaq, “Polis şəhərləri”nin tikintisi gələcəkdə də davam edəcək və buna qanunvericilik səviyyəsində zəmanət vermək istəyi var.
“Mən çox şadam ki, Vaxtanq Qomelauri ilə birlikdə çox mühüm tədbirdə iştirak etdim. Bildiyiniz kimi, biz qərarımızla min nəfərdən çox polis üçün nəzərdə tutulan “Polis şəhəri”nin tikintisinə başladıq. Artıq işlər başlayıb, tikinti şirkəti bizə söz verir ki, təxminən iki ilə işlər yekunlaşacaq və min nəfər polisə mənzil verəcəyik.
Polislər simvolik qiymət ödəyəcəklər, hər kvadratmetr üçün təxminən 300 lari olacaq, qalan xərclər tam olaraq dövlət, nazirlik tərəfindən ödəniləcək. Qürur mənbəyi, qəhrəman polis əməkdaşlarımıza bildirmək istəyirəm ki, bu layihə birdəfəlik layihə olmayacaq, gələcəkdə polis şəhərlərinin tikintisi davam edəcək. İstəyimiz budur ki, buna qanunvericilik səviyyəsində təminat verilsin.
Hər şeyə görə, ölkəmizi, ölkəmizin təhlükəsizliyini, vətəndaşlarımızı qoruyan qəhrəman, qürur mənbəyi polislərimizə bir daha təşəkkür etmək istəyirəm. Bizim polislərimiz üçün ən yaxşısını etmək hökumətimizin öhdəliyidir, mən bir daha cənab Vaxtanqa və hər bir polisə təşəkkür edirəm”, – Ğaribaşvili bildirib.
Tbilisidə, Politkovskaya küçəsində bu gün “Polis şəhəri”nin tikintisinin təməli qoyulub.