İrakli Ğaribaşvili - polisə təşəkkür etmək istəyirəm, çünki 2022-ci ilin 11 ayının göstəricilərinə görə cinayətlərin açılması göstəricisi misilsiz dərəcədə yüksəkdir
Polisə təşəkkür etmək istəyirəm, çünki 2022-ci ilin 11 ayının göstəricilərinə görə cinayətlərin açılması göstəricisi 60% təşkil edir ki, bu da misilsiz dərəcədə yüksək göstəricidir – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin 2022-ci ilin hesabatını təqdim edərkən açıqlayıb.
Hökumət başçısı 2022-ci ildə polis istiqamətində həyata keçirilən layihələrdən danışıb.
“Ordumuza və polisimizə təşəkkür etmək, nazirlərimizə və onların idarələrinə hərtərəfli dəstəyi təsdiqləmək istərdim.
Polis istiqamətində çox vacib proqramlar həyata keçirməyə başlamışıq, infrastruktur və avadanlıqlar yenilənib, polis əməkdaşlarımız üçün yüzlərlə avtomobil almışıq, avtopark tamamilə yenilənəcək, həmçinin silahlanma istiqamətində ciddi planlarımız var və yeniləmə davam edir. Eləcə də, yəqin ki, bir neçə həftəyə biz 1100-dən çox polis üçün nəzərdə tutulmuş polis şəhərinin tikintisinə başlayacağıq və 1100-dən çox polisə sözügedən mənzillər veriləcək.
Polisə təşəkkür etmək istəyirəm, çünki 2022-ci ilin 11 ayının göstəricilərinə görə cinayətlərin açılması göstəricisi 60% təşkil edir ki, bu da misilsiz dərəcədə yüksək göstəricidir. Polisimizə bir daha təşəkkür edirəm.
Həmçinin, üç yeni helikopterin, Fransa istehsalı helikopterlərinin alınmasını başa çatdırmışıq, yanğın-xilasetmə avtomobillərinin və helikopterlərin alınması da davam edir.
Ümumilikdə bu il 816 videokamera quraşdırılıb, ölkə miqyasında isə 6230 videokamera quraşdırılıb. Bilirsiniz ki, ordu və polis əməkdaşlarının maaşları iyirmi faiz artacaq”- deyə İrakli Ğaribaşvili açıqlayıb.
Baş nazir digər dövlət qulluqçularının maaşlarının gələn il də 10 faiz artacağını buradaca qeyd edib.
“Biz keçən il başlamışıq və həmçinin, 2023-cü ildə bütün dövlət qulluqçularının maaşları on faiz artırılacaq. Bu proses növbəti 4-5 il ərzində davam edəcək”- deyə İrakli Ğaribaşvili bildirib.