İrakli Ğaribaşvili - "Pfizer"-in prezidenti ilə şəxsən danışdım, uğurlu danışıqlarımız sayəsində milyon dozaya dair razılığa gəldik
İrakli Ğaribaşvili - "Pfizer"-in prezidenti ilə şəxsən danışdım, uğurlu danışıqlarımız sayəsində milyon dozaya dair razılığa gəldik

 

“Pfizer” prezidenti ilə şəxsən söhbətim və yazışmalarım oldu. Uğurlu danışıqlarımız nəticəsində milyon dozaya dair razılığa gəldik” -deyə baş nazir İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Hökümət başçısı “Pfizer”- lə müqavilənin artıq imzalandığını, məbləğin ödənildiyini və milyon doza peyvəndin tədarükünün mərhələli şəkildə iyul ayından etibarən başlayacağını bildirib.

“Ümumilikdə, ilin sonuna qədər təxminən 4 milyon dozaya qədər peyvənd qəbul etməyi gözləyirik ki, bu da ilin sonuna qədər yetkin əhalinin yüzdə 60-nın peyvəndlənməsini nəzərdə tutan məqsədimizə çatmağa imkan verir . Əlbətdə ki, ilk növbədə ABŞ hökumətinə təşəkkür edirəm. Onların bilavasitə köməyi ilə uğurlu danışıqlara imza atdıq. Həmçinin, mənim “Pfizer” prezidenti ilə şəxsən söhbət və yazışmalarım oldu, nəticədə ilin sonunadək 4 milyon dozanı tam istifadə edə biləcəyik.

ABŞ hökuməti və birbaşa prezidentin qərarına əsasən, bir neçə yüz min doza “Pfizer” peyvəndi Gürcüstana hədiyyə olaraq veriləcək. Bu barədə daha sonra, dostlarımız və həmkarlarımızla birlikdə son detalların üzərindən keçdikdən sonra cəmiyyətimizə məlumat verəcəyik”-deyə Ğaribaşvili bildirib.