İrakli Ğaribaşvili - Peyvənd tamamilə təhlükəsizdir, ən əsası ölümdən qoruyur, elmə və faktlara inanaq, saxta məlumatlara deyil
Kovidlə bağlı vəziyyətə gəlincə, təbii ki, vəziyyəti izləyirik və yoluxmuş insanların sayı son vaxtlar artıb, burada yeganə yol peyvənddir”, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Senakidə jurnalistlərə bildirib.
Hökumət başçısı əhalini peyvəndlə bağlı saxta məlumatlara inanmamağa çağırıb.
“Peyvənd tamamilə təhlükəsizdir, ən əsası ölümdən qoruyur, elmə və faktlara inanaq, saxta məlumatlara deyil. Peyvəndlər xaricdən gətirilib, hər növ peyvəndimiz var, oktyabrın 1-də əlavə olaraq milyon “Sinopharm” daxil etdik, bu da ənənəvi üsulla hazırlanmış yüksək keyfiyyətli vaksindir. “Pfizer”imiz var, indi əlavə yarım milyon doz gözləyirik. Beləliklə, hər şey bizim əlimizdədir və sizdən xahiş edirik ki, bir-birimizə, valideynlərimizə, qohumlarımıza, ailə üzvlərimizə qayğı göstərəsiniz”, – baş nazir bildirib.