İrakli Ğaribaşvili - pensionerlərin faiz dərəcəsini 26 faizə endirəcəyik, nəzərinizə çatdırım ki, əvvəlki hakimiyyətin dövründə bu, 80%, 90 %, 100%-dən çox idi
Levan Davitaşvilinin rəhbərliyi ilə biz komissiya yaratdıq, məsələ üzərində işləyərək, pensionerlərin faiz dərəcəsinin 26%-i keçməyəcəyinə dair razılaşdılar, biz bu faizi 26%-dək endirəcəyik ki, bu da pensionerlərimiz üçün daha bir rahatlıq olacaq – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.
Hökumət başçısının da qeyd etdiyi kimi, əvvəlki hökumət dövründə bu faiz dərəcəsi 80%, 90 %, 100%-dən çox idi.
“Vətəndaşlarımıza daha bir məsələ ilə bağlı məruzə etmək istərdim. Bildiyiniz kimi, bir neçə ay əvvəl mən parlamentdə olarkən təşəbbüslərdən və müraciətlərdən biri pensionerlərin faiz dərəcəsi ilə bağlı idi ki, bu da kifayət qədər yüksək idi və bu gün də yüksəkdir. Lakin, nəzərinizə çatdırım ki, əvvəlki hakimiyyətin dövründə bu 80%, 90%, 100%-dən yüksək idi. Biz, əlbəttə ki, bu bank faiz dərəcəsini minimum səviyyəyə endirmişik, lakin pensionerlər üçün 36% hələ də yüksəkdir. Bu səbəbdən, biz cənab Levan Davitaşvilinin rəhbərliyi ilə komissiya yaratdıq, bu məsələ üzərində işləyərək, pensionerlərin faiz dərəcəsinin 26%-i keçməyəcəyinə dair razılaşdılar, biz bu faizi 26%-dək endirəcəyik ki, bu da pensionerlərimiz üçün daha bir rahatlıq olacaq”- deyə baş nazir bildirib.