İrakli Ğaribaşvili Pekindən Qazaxıstan Respublikasına yola düşüb
İrakli Ğaribaşvili Pekindən Qazaxıstan Respublikasına yola düşüb

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Pekindən Qazaxıstan Respublikasına yola düşüb. Almatı Beynəlxalq Hava Limanında baş nazirin qarşılanma mərasimi keçirilib.

İrakli Ğaribaşvilini hava limanında Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Ermuxambet Konuspaev, Almatı şəhərinin meri vəzifəsini icra edən Alişir Abdikadirov, Qazaxıstan Respublikasının Gürcüstandakı səfiri Malik Murzalin və Gürcüstanın Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nikoloz Laliaşvili qarşılayıblar.

Səfər çərçivəsində hökumət başçısı Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşəcək.

İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Qazaxıstan Respublikasındadır.