İrakli Ğaribaşvili - Pedro Sançesi Gürcüstana dəvət etdim, razılaşdıq yaxın gələcəkdə biznes forum keçirəcəyik, ispan şirkətlərini Gürcüstanın beznes iqlimi ilə daha da maraqlandıraq
İrakli Ğaribaşvili - Pedro Sançesi Gürcüstana dəvət etdim, razılaşdıq yaxın gələcəkdə biznes forum keçirəcəyik, ispan şirkətlərini Gürcüstanın beznes iqlimi ilə daha da maraqlandıraq

Həmkarım Pedro Sançesi Gürcüstana dəvət etdim və razılaşdıq yaxın gələcəkdə biznes forum keçirəcəyik, ispan şirkətlərini Gürcüstanın beznes iqlimi ilə daha da maraqlandıraq, bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili İspaniyanın baş naziri, Pedro Sançes ilə görüşündən sonra bəyan etdi.

“İspaniya baş naziri ilə çox yaxşı görüşüm var idi. Biz ikitərəfli əlaqələrin yaxşılaşdırlması məsələləri barəsində söhbət etdik. Həmçinin kovid-pandemiya ilə mübarizə və iqtisadiyyat sahəsində ikitərəfli əlaqələr kimi aktual məsələləri müzakirə etdik. Həmkarımı Gürcüstana dəvət etdim, razılaşdıq yaxın gələcəkdə biznes forum keçirəcəyik, ispan şirkətlərini Gürcüstanın beznes iqlimi ilə daha da maraqlandıraq. Bizim “FITUR” sərgisində iştirakımız çöx əhəmiyyətli idi. Ondan irəli gələrək ki, bu gün dünya artıq açılır və biz turistlərin Gürcüstana qəbuluna olduqca tezliklə hazır olmalıyıq”, – Ğaribaşvili bəyan etdi.