Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Özbəkistan Prezidenti Şavkat Mirzoyev arasında keçirilən görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq potensialı və ticarət-iqtisadi sahədə əməkdaşlığın aktivləşdirilməsinin vacibliyi müzakirə olunan əsas məsələlər olub. Bu barədə məlumatı Hökumət Administrasiyasının mətbuat xidməti yayır.
Administrasiya tərəfindən verilən məlumatda, baş nazirin səmimi qəbula görə dövlət başçısına təşəkkür etdiyi və onu münasib vaxtda Gürcüstana dəvət etdiyi deyilir.
Hökumət başçısı, yaxın siyasi və iqtisadi əlaqələri nəzərə almaqla Gürcüstanın Özbəkistanı təkcə mühüm və etibarlı tərəfdaş kimi deyil, həm də dost kimi qəbul etdiyini bildirib.
İki ölkə arasında iqtisadiyyatda və müxtəlif sahələrdə mövcud səmərəli əməkdaşlığa toxunulub, ikitərəfli ticarət dövriyyəsinin müsbət dinamikası vurğulanıb. Mövcud əməkdaşlığı daha da dərinləşdirmək istəyi ifadə olunub. İrakli Ğaribaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə Şavkat Mirzoyevə təşəkkür edib.