İrakli Ğaribaşvili Otar İoselianinin vəfatından kədərləndiyini bildirir
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili gürcü kinorejissoru Otar İoselianinin vəfatından kədərləndiyini bildirib.
“Gürcüstanın böyük kinorejissoru, Gürcüstanın əməkdar incəsənət xadimi və xalq artisti Otar İoselianinin vəfatı məni dərindən kədərləndirdi. Otar İoselianinin yalnız böyük rejissorlara xas olan öz üslubu var idi. Onun filmləri ölkəmizə bir çox beynəlxalq tanınırlıq qazandırıb. Hər kəsə, ailəsinə, izləyicilərinə, dostlarına və həmkarlarına başsağlığı verirəm”, – İrakli Ğaribaşvili sosial şəbəkədə yazıb.
Gürcü kinorejissor, Gürcüstanın xalq artisti, Gürcüstan incəsənətinin əməkdar xadimi Otar İoseliani 89 yaşında vəfat edib.
Müəllif -
Mehemmed Bayramaliyev