İrakli Ğaribaşvili - "Ordu düşərgəsi" layihəsi gənclər arasında düzgün dəyərlərin təbliğinə töhfə verəcək, buna məktəb mərhələsindən qoşulmaq lazımdır, tədrisi uşaq bağçalarına da daxil etməliyik
Ordu düşərgəsi layihəsi bir çox gənci, uşaqlarımızı, gələcək nəsilləri maraqlandıracaq. Bu, olduqca mühüm təşəbbüsdür -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Qiorqi Antsuxelidze adına Çavuşlar Akademiyasında Müdafiə Nazirliyinin yeni layihəsinin – “Ordu düşərgəsi”nin açılış mərasimində çıxışı zamanı bildirib.
O, cəmiyyətin inkişafında ordunun rolunun olduqca böyük olduğunu bildirib.
“Biz genişmiqyaslı layihəyə, “Ordu düşərgəsi” layihəsinə başladıq, fikrimcə, bir çox gənci, uşaqlarımızı, gələcək nəsli maraqlandıracaq. İlk əvvəldəncə, layihə üzərində işə başlayandan bu layihəyə maraq çox yüksək idi. Bu layihə iki nazirliyin, Müdafiə Nazirliyi və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilir. Fikrimcə, bu, çox mühüm təşəbbüsdür. Bu düşərgə bu il ilk dəfə keçirilir. Düşərgədə cəmi 800 şagird iştirak edəcək – hər rotasiya üzrə təxminən 100 şagird. Layihə avqustun sonunda başa çatacaq.
Cəmiyyətin inkişafı məsələsində ordunun, ümumiyyətlə, bizim qürurverici ordumuzun rolu çox böyükdür. Hesab edirəm ki, gənclərimizin əvvəldən, məktəb dövründən qoşulması lazımdır. Uşaq bağçalarında da təhsilə yer verilməli, ordunun necə idarə olunduğunu özləri dərk etmələri üçün gənclər arasında maarifləndirmə işi aparılmalıdır. Onların özləri hərbi fəaliyyətləri öyrənmək, iştirak etmək üçün bu unikal şansa sahib olacaqlar. Bununla biz bir tərəfdən orduya marağın artmasına kömək edəcəyik. Müharibələrimizin qəhrəman əsgərləri, ordumuzun qəhrəmanlıqlarını sizə danışacaq canlı qəhrəmanlarla şəxsən görüşəcəksiniz. Təkcə keçmişdə baş verən qəhrəmanlıqlar deyil, indiki dövrdə, cəmi bir neçə il bundan əvvəl baş verən qəhrəmanlıqlar. Bununla yanaşı, hesab edirəm ki, bu düşərgə gənclərimiz arasında sağlam, düzgün dəyərlərin təbliğinə kömək edəcək. Müasir dünyada gənclər üçün çoxlu cəlbedicilər var. Təbii ki, Gürcüstan qloballaşmanın bir hissəsidir, ona görə də gənclərimiz əvvəldən düzgün oriyentasiya müəyyən etməlidirlər. Bu prosesdə dövlətin rolu mühümdür.
Əvvəl ailə, sonra dövlət məktəbdə çox vaxt keçirdiyiniz üçün Təhsil Nazirliyinin iştirakı və rolu çox önəmlidir. İlk günlərdən onların iştirakı vacibdir. Sağlam həyat tərzinin təbliği, düzgün dəyərlərin, ailə dəyərlərinin təbliği uşaq bağçalarından, məktəblərdən başlamalıdır. Bir müddət əvvəl biz məktəblərdə hərbi təlim, “müdafiə və təhlükəsizliy”i tətbiq etdik, bu, məncə, çox vacib qərar idi. Maraq günü-gündən artır. Bir çox şagirddən bilirəm ki, maraq çox yüksəkdir və biz bu layihəni genişləndirməliyik. Biz addım-addım bu elementi bütün məktəblərdə, uşaq bağçalarında da tətbiq etməliyik.
Eyni zamanda gənclərdə vətənpərvərlik ruhunun artırılması vacibdir, bunun üçün daha çox məlumat lazımdır. Bunun üçün biz gənclərimizə fərqi göstərməliyik və hesab edirəm ki, ümumiyyətlə, sizin tərbiyənizdə, sizin üçün düzgün oriyentasiyanın müəyyən edilməsində təkcə ailənin deyil, həm də Təhsil Nazirliyinin, ordunun, kilsənin rolu çox mühümdür”-deyə İrakli Ğaribaşvili açıqlayıb.