İrakli Ğaribaşvili - ölkəyə və ya xalqa sanksiya tətbiq etsələr, yanlış yanaşmadır, belə təhdid, şantaj nəticə gətirən deyil
Ölkəyə və ya xalqa sanksiya tətbiq etsələr, bu yanaşma artıq yanlışdır, – bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə bağlı tərəfdaşları tərəfindən verilən bəyanatlar ilə bağlı ünvanlanmış sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, təhdid və ya şantaj nəticə gətirən deyil.
Bununla yanaşı, Ğaribaşvilinin qeyd etdiyi üzrə, tərəfdaşlarla dialoq zəruridir və davam etməlidir.
“Təkcə mən yox, baş nazir də, parlamentin sədri də, hamı dəfələrlə komandanın müzakirəyə hazır olduğunu dedi. Əgər veto həll yoludursa və veto çərçivəsində həll yolu tapmaq, vəziyyəti yüngülləşdirmək, bütün iştirakçı tərəfi sakitləşdirmək və məqbul olanı razılaşdırmaq imkanı varsa, məncə, bu, ideal bir hadisə olardı.
Bizim tərəfdaşlarımıza gəlincə, müzakirə, dialoq vacibdir, bu, həmişə davam etməlidir. Ölkəyə və ya xalqa sanksiya tətbiq etsələr, ümumiyyətlə, bu yanaşma artıq yanlışdır. Bir tərəfdən biz təsdiqləyirik və deyirik ki, müzakirə etmək, nəzərdən keçirmək istəyirik, digər tərəfdən belə təhdid, şantaj və ya bu kimi bəyanatlar məhsuldarvə nəticə gətirən deyil”, – deyə Ğaribaşvili bildirdi.