İrakli Ğaribaşvili - Ölkəmizin bütün vətəndaşlarını əsas milli rəmz günü münasibətilə təbrik edirəm, dövlət bayrağı gürcü ruhunun və müstəqilliyinin ən bariz təcəssümüdür
Ölkəmizin bütün vətəndaşlarını ən mühüm milli rəmz olan dövlət bayrağı günü münasibətilə təbrik edirəm, dövlət bayrağı gürcü ruhunun, milli kimliyinin, azadlığımızın və müstəqilliyimizin ən bariz təcəssümüdür, – deyə Gürcüstanın naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.
“Bayraq böyük tariximizi qoruyur və Gürcüstan vətəndaşlarının sarsılmaz iradəsini bir məqsədə – azadlığımızı qorumağa və möhkəmləndirməyə yönəldir. Bu, bizim hamımızın birliyinin simvoludur – bizim bir Vətənimiz, bir gələcəyimiz var.
Bir çox gürcülər bu gələcək üçün canlarını fəda etdilər. Bugün bayrağımızı uca tutaraq onların əbədi xatirəsi qarşısında bir daha baş əyirik.
Bu gün sülhü, birliyi qoruyan qəhrəman əsgərlərimizi xüsusilə təbrik edir, təşəkkür edirəm; Gündəlik işləri ilə Gürcüstanın güclənməsinə xidmət edən hər kəsə təşəkkür etmək istəyirəm.
Mən vətənimizə sülh, birlik və davamlı tərəqqi arzulayıram!”, – İrakli Ğaribaşvilinin Gürcüstan hökumətinin Facebook səhifəsində dərc etdiyi bəyanatında deyilir.
Gürcüstanın Dövlət Bayrağı Günü yanvarın 14-də, Gürcüstanın Dövlət Bayrağı haqqında Gürcüstanın Üzvi Qanununun qəbul edildiyi gün qeyd olunur.
Müəllif -
Mehemmed Bayramaliyev