İrakli Ğaribaşvili - ölkəmizin bütün vətəndaşları yalnız və yalnız Gürcüstana, vətənimizə xidmət etməlidirlər
Ölkəmizin bütün vətəndaşları yalnız və yalnız Gürcüstana, vətənimizə xidmət etməlidirlər-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistlərlə söhbəti zamanı bildirib. Baş nazirə agentlik haqqında gürcü KİV-lərinin birində dərc olunan materialla bağlı sual ünvanlanıb.
Ğaribaşvili hər bir dövlətin agentlərinin, satqınlar və satıcılarının olduğunu bildirib. Baş nazir bunun çox həssas məsələ olduğunu qeyd edib.
” Yer üzündə ümumiyyətlə insanın peyda olmasından sonra böyük dövlətlər yaranıb, qurulub o vaxtdan bəri yaxşı xatırlayarsınız, ölkəmizin tarixindən , eləcə də digərlərinin tarixindən də bildiyiniz üzrə, bütün xalqların və dövlətlərin, o cümlədən böyük dövlətlərin də agentləri, satqınları və satıcıları olub. Bu çox həssas məsələdir. Bu cür mövzularla elə də çox əylənməməliyik.
Bizim əsas vəzifəmiz ölkəmizi gücləndirmək olmalıdır. Ölkəmizin bütün vətəndaşları yalnız və yalnız Gürcüstana, vətənimizə xidmət etməlidirlər. Bu mənim cavabımdır”- deyə baş nazir bildirib.