İrakli Ğaribaşvili - ölkə yeni mərhələyə qədəm basdı, Gürcüstan Avropa dövlətinə çevrildi, bu proses dönməzdir, indi daha çox əzmkarlıqla daha çox işlər görmək lazımdır
İrakli Ğaribaşvili - ölkə yeni mərhələyə qədəm basdı, Gürcüstan Avropa dövlətinə çevrildi, bu proses dönməzdir, indi daha çox əzmkarlıqla daha çox işlər görmək lazımdır

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Aİ-yə üzv namizəd ölkə statusu almaqla ölkənin yeni mərhələyə keçdiyini və indi daha çox işə ehtiyac olduğunu bildirib.

“Bu il mühüm mərhələni bağladıq, lakin ölkə artıq yeni mərhələyə qədəm basdı. Gürcüstan Avropa dövlətinə çevrildi. Bu proses geri dönməzdir. Ölkənin əsl Avropa dövlətinə çevrilməsi, ən əsası isə bizim əsas arzumuzun həyata keçməsi, ölkəmizin işğaldan azad edilməsi, ölkənin birləşməsi və real, uğurlu dövlətə çevrilməsi üçün indi daha çox əzmkarlıqla, daha çox motivasiya ilə daha çox iş görmək lazımdır. Sizə uğurlu il, cansağlığı və əmin-amanlıq arzulayıram”- deyə İrakli Ğaribaşvili açıqlayıb.

Baş nazir hökumətin bir illik fəaliyyəti ilə bağlı hesabat təqdim edib.