İrakli Ğaribaşvili - Olaf Şolts ilə görüşdə ölkələrimiz arasında ümumi dəyərlərə əsaslanan mövcud dostluq və möhkəm partnyorluq münasibətlərini müzakirə etdik
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, Almaniya Federativ Respublikasının kansleri, Olaf Şots ilə görüşünə “tvitter” sosial şəbəkəsində əks səda verir.
Baş nazir qeyd edir ki, görüşdə güclü Avropa üçün ümumi baxış və qətiyyətli addımların atılmasının vacibliyi vurğulandı.
“Almaniya Federativ Respublikasının kansleri, Olaf Şots ilə məhsuldar görüşüm var idi. Ölkələrimiz arasında ümumi dəyərlərə əsaslanan mövcud dostluq və möhkəm partnyorluq münasibətlərini müzakirə etdik.Görüşdə güclü Avropa üçün ümumi baxış və qətiyyətli addımların atılmasının vacibliyini xüsusilə vurğuladıq. Gürcüstan Avropa İttifaqın etibarlı müttəfiqidir”, – baş nazir yazır.