Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində, Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Ermənistan Respublikasının baş naziri, Nikol Paşinyanla görüşdü.
Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Gürcüstan və Ermənistan Respublikasının baş nazirləri iki ölkə arasında əməkdaşlıq gündəliyinin əsas məsələlərini müzakirə etdilər. İki ölkə arasında mövcud əlaqələrin dinamik şəkildə inkişaf etdiyi, bunun gələcək əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı əsas olduğu qeyd olundu.
Görüşdə İrakli Ğaribaşvili və Nikol Paşinyan Cənubi Qafqazdakı mövcud vəziyyəti nəzərdən keçirdilər.
Münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulandı.
Hökumət başçısı yenə də vasitəçi rolunu oynamağa, bölgədə və onun hüdudlarından kənarda, sülhün və sabitliyin təmin olunmasına töhfə verməyə hazır olduğunu bəyan etdi.