İrakli Ğaribaşvili - Noyabrın 13-ü iman, vətənə fədakarlıq günüdür, 100 min gürcünün öz inancını qorumaq üçün canından keçdiyi gündən 800 ilə yaxın vaxt keçir
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili 100 min gürcü şəhidi günü münasibətilə vətəndaşları təbrik edib.
Hökumət başçısının qeyd etdiyi kimi, 13 noyabr hər bir gürcü üçün inam, birlik və vətənə bağlılıq günüdür.
“13 noyabr hər bir gürcü üçün inam, birlik, vətənə bağlılıq günüdür – 100 min gürcünün öz inancını qorumaq üçün canından keçdiyi gündən 800 ilə yaxın vaxt keçir.
Tarixdə belə heyrətamiz daxili güc və iman birliyi hadisəsini tapmaq çətindir. Böyük tariximizin bu cür nümunələri gürcülərin kimliyini, mənəvi dəyərlərini formalaşdırır, iman və vətənimizə məhəbbətimizi gücləndirir.
Sizi bu böyük bayram, 100 min gürcü şəhidi günü münasibətilə təbrik edirəm.
Qəhrəmanlarımıza əbədi şöhrət!” – baş nazir İrakli Ğaribaşvili bildirib.