Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Norveç Krallığının xarici işlər naziri Aniken Hudfeldt ilə görüşüb.
Baş nazirin mətbuat xidməti tərəfindən verilən məlumatda müzakirə olunan məsələlər arasında iki ölkə arasında mövcud tərəfdaşlıq əlaqələrinin artan dinamikası və gələcək əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin olduğu deyilir.
“Qeyd olunub ki, illər ərzində Gürcüstanın ən böyük beynəlxalq donorlarından biri kimi Norveçin mühüm yardımı ölkədə demokratik islahatlara və institusional modernləşməyə, eləcə də onun sosial-iqtisadi inkişafına böyük töhfə verib.
Sıx siyasi dialoqun zəruriliyi vurğulanıb.
İrakli Ğaribaşvili Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avropaya inteqrasiyasına verdiyi qəti dəstəyə görə Aniken Hudfeldtə təşəkkür edib.
Qara Dəniz İttifaqının gücləndirilməsi istiqamətində işlərin aparılmasının zəruriliyinə toxunulub. Qeyd olunub ki, Gürcüstan Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından strateji mövqeyə malikdir. Baş nazir Gürcüstanın Avropanın regionda etibarlı tərəfdaşı və müttəfiqi olduğunu bildirib.
Görüşdə Norveç Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Helene Sand Andresen, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər” – deyə baş nazirin mətbuat xidmətindən yayılan məlumatda bildirilib.