İrakli Ğaribaşvili Nodar Natadzenin vəfatından kədərləndiyini ifadə edir
İrakli Ğaribaşvili Nodar Natadzenin vəfatından kədərləndiyini ifadə edir

m Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Nodar Natadzenin vəfatından kədərləndiyini ifadə edir.

“Gürcü dilçisi, siyasi və ictimai xadimi Nodar Natadzenin vəfatından kədərləndiyimi ifadə edirəm. O, müstəqil Gürcüstanın dövlət quruculuğu yolunda xüsusi iz qoymuş və Gürcüstanın müstəqilliyinin bərpası aktını imzalamaqla bu böyük işə mühüm şəxsi töhfəsini daxil etmişdir.

Nodar Natadze ömrünün sonuna kimi öz prinsiplərinə sadiq qalan insan idi, bununla da bir çox nəsil üçün nümunə olacaq. Onun ailəsi və yaxınlarına başsağlığı verirəm”, – Ğaribaşvilinin başsağlığı məktubunda deyilir.

Ədəbiyyatşünas, dilçi, birinci çağırış Gürcüstan Respublikası Ali Şurasının üzvü, Gürcüstanın müstəqilliyinin bərpası haqqında Aktı imzalayanlardan biri, Nodar Natadze 93 yaşında vəfat etdi.