Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Ermənistanın baş naziri, Nikol Paşinyan ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, təkbətək görüşdə Gürcüstan və Ermənistan Respublikasının baş nazirləri iki ölkə arasında əməkdaşlıq gündəliyinin əsas məsələlərini nəzərdən keçirdilər.
Elə onların məlumatına görə, Söhbət zamanı Gürcüstan və Ermənistan Respublikası arasında ticarət-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində mövcud əməkdaşlığa toxunuldu. Mövcud sıx tərəfdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsinin vacibliyi vurğulandı. İrakli Ğaribaşvili Yerevanda baş verən faciəyə görə, Nikol Paşinyana başsağlığı verdi.
Görüşdə, o cümlədən Ermənistan və Azərbaycan Respublikalarının Xarici İşlər nazirlərinin Tbilisidə keçirilən görüşündə, bölgədə sülhün və sabitliyin təşviqində Gürcüstanın mühüm rolu və səyləri qeyd edildi. İrakli Ğaribaşvili və Nikol Paşinyan bölgədəki mövcud vəziyyətdən söhbət etdilər.